Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi

10:39 25.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Silahlı Qüvvələri arsenalını milli istehsal olan hərbi texnika ilə gücləndirməkdə davam edir.

Hafta.az Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, bu məqsədlə “P-72” hərbi təyyarələrinin uçuş testi aparılıb.

Bildirilir ki, bu təyyarənin hazırlanması “Meltem-3” layihəsi çərçivəsində həyata keçirilib.